Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Əli Kərimlinin müavini saxlanıldı

Əli Kərimlinin müavini saxlanıldı

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstan ərazisinə keçmək istəyərkən saxlanılıb. Bu barədə “Facebook” səhifəsində müxalif Milli Şuranın üzvü Oqtay Gülalıyev yazıb.

Onun sözlərinə görə, Gözəl Bayramlı Qazaxdakı sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun hətta mobil telefonu da götürülüb.

Müxalifətçi qadının saxlanılması barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, ekspertlərin bildirdiklərinə görə, son illərdə Gürcüstanda Azərbaycan əleyhinə çalışan şaxələnmiş gizli şəbəkə formalaşıb. Xeyli Azərbaycan müxalifətçisi Gürcüstana sığınıb və bu ölkə bir növ Azərbaycana siyasi-ideoloji ekspansiya üçün meydançaya çevrilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın