Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Ələt-Astara yolundakı məşhur “Ulduz” restoranı belə yandı…

Ələt-Astara yolundakı məşhur “Ulduz” restoranı belə yandı…

Xəbər verdiyimiz kimi, iyulun iyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsindəki “Ulduz” restoranında yanğın olub.

Virtualaz.org saytının Şirvan bürosu həmin yanğınla bağlı görüntüləri əldə edib.

Xatırladaq ki, Bakı-Astara avtomobil yolundan keçən sərnişinlərin, hətta əcnəbi müsafirlərin də ən çox dayandığı bu məkanda yanğının baş verməsi sosial şəbəkələrdə geniş marağa səbəb olub. Məhz bunu nəzərə alaraq həmin görüntünü təqdim edirik.

Qeyd edək ki, hadisə nəticəsində bütünlüklə yanmış obyektin yalnız mətbəxini qorumaq mümkün olub.

Restoranını tikililəri bərpa olundanadək müştərilərə həyətdə qurulan çadırlarda xidmət göstərilir. Maraqlıdır ki, köhnə müştərilər hətta yerdə oturmalı olsalar belə, yenə “Ulduz”un xidmətindən istifadə edirlər..

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın