Şənbə , Aprel 27 2024
Ana səhifə / “Ərim başqa qadınla görüşəcəksə, mənə lazım deyil”

“Ərim başqa qadınla görüşəcəksə, mənə lazım deyil”

məkdar artist Naibə Allahverdiyeva şəxsi həyatından danışıb. ” Azinforum.az ” axşam.az-a istinadən xəbər verir ki, aktrisa “Lider maqazinə” açıqlamasında həyat yoldaşı ilə tanış olmasından bəhs edib:

“O insan həyatıma gələndən sonra günlərim mənalaşıb. Heç bir qadın və kişi tək qala bilməz. Pis iş görməmişəm ki, ailə həyatı qurmuşam. Bir dəfə xınayaxdı mərasiminə getmişdim, bu da orada çalışırdı. Qonaqlara yemək gətirirdilər. Heç mənə baxmırdı, bu da diqqətimi çəkdi. Nömrəmi istədi ki, xınayaxdımız olanda sizi çağıracam. Bir müddət sonra özüm ona zəng vurdum ki, xınayaxdınız yoxdur? Dedi, olanda mütləq sizi çağıracam. Sonra soruşdum ki, niyə evlənmirsiniz? Qayıtdı ki, kimdir mənə gələn. Cavab verdim ki, mən. Evlilik təklifini mənə yolda etdi. Dedi ki, istəyirəm həyat yoldaşım olasan, səni çox sevirəm.

Əgər həyat yoldaşım gedib başqa qadınla görüşəcəksə, mənə lazım deyil. Xəyanət etsə, onu da öldürərəm, özümü də”.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın