Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Beynəlxalq Qızıl Xaç Komitəsi də Çingizlə bağlı məlumat yaydı

Beynəlxalq Qızıl Xaç Komitəsi də Çingizlə bağlı məlumat yaydı

Beynəlxalq Qızıl Xaç Komitəsi də şəhid Çingiz Qurbanovla bağlı məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, məlumatda qeyd edilir:

“Bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı azərbaycanlı hərbçinin meyiti geri qaytarılıb.

Təhvilvermə beynəlxalq sərhəddə – Ermənistanın İcevan və Azərbaycanın Qazax şəhərləri arasındakı yolda baş tutub.

29 dekabr 2016-cı ildə beynəlxalq sərhəddə baş verən hadisədən dərhal sonra BQXK, əsgərin nəşinin qaytarılması üçün öz neytral vasitəçi xidmətlərini təklif edib.

Keçən il Dağlıq Qarabağ münaqişəsinin aprel gərginləşməsindən sonra BQXK, tərəflərə bir neçə dəfə meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin, meyitlərin qaytarılmasında da yardımçı olub.

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın