Cümə , Aprel 26 2024
Ana səhifə / Zemfira Litvadakı konsertində söyüş söydü

Zemfira Litvadakı konsertində söyüş söydü

Rusiyanın məşhur müğənnisi Zemfira Litvada konsert verərkən öz fanatlarından tələb edib ki, zaldakı Ukrayna bayraqlarını yığışdırsınlar.

 Azinforum.az  korrespondent.net-ə istinadən bildirir ki, müğənni bunu həm də çox kobud formada tələb edib.

“Mən Rusiya vətəndaşıyam. Biz hazırda Litvadayıq. Mən sizdən xahiş edirəm, mən sizdən xahiş edirəm, ***** siz öz vətəninizi sevirsiniz, mən də öz vətənimi sevirəm”, – deyə Zemfira vurğulayıb.

Xatırladaq ki, bu, müğənninin konsertində Ukrayna bayrağı ilə bağlı ilk insident deyil. Təxminən bir il əvvəl konsert zamanı pərəstişkarlarından biri səhnəyə çıxaraq ona Ukrayna bayrağı vermişdi. Onda Zemfira səhnədə həmin bayrağı açaraq alqışlar altında oxumağa davam etmiş, sonra isə onu mikrofonun dayaq hissəsinə bağlamışdı

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın