Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / 6 nəfər tonqal ətrafında yanıb – Bayram günlərində

6 nəfər tonqal ətrafında yanıb – Bayram günlərində

Bakıda ilaxır çərşənbə və Novruz bayramı günlərində 6 nəfər tonqal ətrafında yanıb.

“Qafqazinfo” xəbər verir ki, Respublika Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, martın 20-21-i tarixlərində tonqal ətrafında yanma ilə bağlı 2, martın 15-i ilaxır çərşənbə günü 4 müraciət daxil olub.

Mərkəzdən bildiriblər ki, müraciət edənlər yüngül yanıq xəsarətləri alıblar.

Mərkəzdən onu da qeyd ediblər ki, martın 1-i od çərşənbəsi günü Şəmkirdə 2008-ci il təvəllüdlü azyaşlı tonqala düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın