Prezident İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Dövlət
idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli
işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət
orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri
əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi
dövlətimizin diqqət mərkəzindədir.
Bu
baxımdan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan
hüquqi şəxslərin fəaliyyətinin müasir standartlara uyğun əsas
səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi üçün zəruri sistem
hazırlanmış və qəbul edilmişdir.
Aparılan
sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi
qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın
tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə
yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra
hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil
edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə
başlanılmalıdır.
Eyni
zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması
istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə
daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac vardır.
1.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan
Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra
vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni
informasiya sistemi yaradılsın.
2.
Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi
mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə
qiymətləndirilsin.
3.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası beynəlxalq
məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
3.1. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;
3.2.
Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və
tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata
keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət orqanları və
qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil
etsin və icra intizamının pozulması halları, onlara yol verən dövlət
orqanları və qurumları barədə Azərbaycan Respublikasının Prezidentinə
ildə iki dəfə məlumat versin.
Həmçinin oxuyun
Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması…
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …