Fəaliyyətə başladığı ilk gündən cəmiyyətin bütün təbəqələri
tərəfindən sərt tənqidlərə, qınaqlara tuş gələn Bakı Nəqliyyat
Agentliyinin özbaşnalıqları, qıcıq doğuran əməlləri sərhəd tanımır. Əsas
vəzifəsi Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların
təhlükəsiz, fasiləsiz, rahat hərəkətini təmin etmək olan agentliyin
fəaliyyəti ilə bağlı xeyli vaxtdır ki, ictimaiyyət arasında müxtəlif
iradlar səslənir. Hətta dövlət televiziyası və digər rəsmi KİV-lər belə
BNA haqqında sərt tənqidlər səsləndirirlər. Di gəl ki, Vüsal Kərimlinin
rəhbərlik etdiyi agentlik nəinki tənqidlərdən nəticə çıxarır, əksinə öz
qanunsuz əməllərini bir az da artırır.
BNA-nın
səlahiyyətində olan dayanma-durma qaydalarının pozulmasına görə,
avtomobillərə cərimə yazılması ilə bağlı ciddi problemlər mövcuddur.
Şəhərin mərkəz hissəsində avtomobil dayanacaqlarının təlabata uyğun
olmaması, yəni infrastrukturun hələ də tam qaydaya salınmadığı bir
vaxtda BNA-nın sürücüləri cərimələməsi ciddi narazılıqlara səbəb olur.
Paytaxtda sürücülərin yeri gəldi-gəlmədi, haqq-nahaq, addımbaşı
cərimələnməsinə yönəlik bu antifəaliyyətin ağrısını təbii ki, daha çox
sıravi vətəndaşlar, xüsusilə də sürücülər çəkməli olurlar. Artıq
vəziyyət o qədər dözülməz, ciddi hal alıb ki, BNA-nın fəaliyyətindəki
nöqsanları ictimaiyyət tərəfindən tanınmış şəxlər – ziyalılar,
jurnalistlər, millət vəkilləri və qeyri-hökumət təşkilatları
nümayəndələrinin dilə gətirirlər.
Agentliyin
əməkdaşları paytaxt sakinlərinin əməlli-başlı kabusuna çevriliblər.
BNA-nın gözəgörünməz işçiləri küçələri gəzərək avtomobillərə cərimə
yazırlar.
Agentliyin
əməkdaşları gündə yüzlərlə sürücüyə protokol yazıb, insanları
incidirlər. Şikayət edənlərin hərəsinə də bir söz deyib, özlərini haqlı
çıxarmağa çalışırlar. Valideyinlər məktəblərin qarşısına gəlib dərsdən
çıxan uşaqlarını götürürlər, bunlar da valideynlərin başlarının üstünü
kəsdirib protokol yazırlar. Toplanan külli miqdarda vəsaitin isə taleyi
qaranlıqdır. BNA –nın “cərimələ siyasəti” əsl korrupsiya layihəsidir və
milyonlarla vəsaitin şəxsi ciblərə axıdılmasına şərait yaradır.
Bakı
Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların
şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir. Halbuki ən
vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə
göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli
şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında
yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər.
Hələ çəkilən ağ boyanın keyfiyyətindən isə danışmağa dəyməz. İçinə nə
qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada
ölümlərinin və xəsarət almalarının sayını artırır. Paytaxtın piyada
zolaqları tamamilə görünməz durumdadır, avtobus dayanacaqları isə xeyli
müddətdir yuyulub-təmizlənmir. Xüsusilə bütün dünyanın koronovirus
təhlükəsi ilə üz-üzə qaldığı bu günlərdə BNA tərəfindən dezinfeksiya
işləri olduqca bərbad, başdansovdu aparılır. İnsanlığın taleyinin sınağa
çəkildiyi bu günlərdə ictimai nəqliyatda təmizlik, dezinfeksiya işləri
yarıtmaz durumdadır. Cərimə yazmağa usta olan BNA əməkdaşları nədənsə
insan talelərinə eyni həssaslığı göstərmir.
Agentliyin
daha bir irimiqyaslı korrupsiya layihəsi nəticəsində 20 milyon manat
dövlət vəsaiti havaya sovrulub. BNA nəqliyyatın intellektual idarəetmə
sistemini təkmilləşdirmək üçün iki il öncə SİNAM şirkətinə bir ay
ərzində təxminən 22 milyon manat vəsait verib. Təkcə sistemin ehtiyat
variantı (backup) və videorabitə üçün SİNAM-a 20 milyon manat vəsait
verilib. Lakin “dirilmə” indiyədək də baş verməyib.
Çünki
100 milyon vəsait xərclənən NİİS (Nəqliyyatı İntellektual İdarəetmə
Sistemi) heç vaxt qarşıya qoyulan vəzifələri icra edə bilməyib və elə
əvvəldən də iflas olmuşdu. Elə adi müşahidə ilə görmək olar ki,
fiber-optik infrastrukturdan da əsər-əlamət qalmayıb. Maraqlıdır ki, BNA
mövcud olmayan bir layihəyə təxminən 20 000 000 manat dövlət vəsaitini
necə sərf edib?
Göründüyü
kimi ölkədə ciddi islahatların aparıldığı,korrupsiyaya qarşı sanki
müharibə getdiyi bir şəraitda BNA dövlətin imicinə zərbə vuran
əməllərindən əl çəkmək niyyətində deyil. Cəmiyyətdə narazılıq doğuran,
kütləvi etirazlarla qarşılanan bu əməllərə rəvac verməklə Vüsal Kərimli
və əməkdaşları görəsən nəyə nail olmaq istəyirlər? Nəhayət ki, BuNA bir
“DUR” deyən tapılacaqmı?
Rubrika.Az
Ana səhifə / Sosial / Bakı Nəqliyyat Agentliyi: havaya sovrulan milyonlar, kütləvi narazılıqlar – İTTİHAM
Həmçinin oxuyun
Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi
Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …