Şənbə , Aprel 27 2024
Ana səhifə / Yavər Məmmədov Natəvanı İtaliyaya apardı – Foto

Yavər Məmmədov Natəvanı İtaliyaya apardı – Foto

“Banu” kolleksiyasının yaradıcısı, İtaliyanın “Andrew’s Ties” (“Endryunun qalstukları”) ticarət markasının Azərbaycandakı rəsmi təmsilçisi Yavər Məmmədov özünün növbəti layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Xan Qızı” təxəllüsü ilə tanınmış şairə Xurşidbanu Natəvana həsr olunan xüsusi kəlağayı İtaliyada istehsal olunub.

Kəlağayının müəllifi Yavər Məmmədov əməkdaşımıza bildirib ki, “Banu” kolleksiyasından olan bu yaylıq Qarabağla bağlı 8 önəmli tarixi hadisəni təmsil edən illüstrasiyalardan, Qarabağı simvolizə edən elementlərin əks olunduğu 4 səkkizguşəli medalyondan ibarətdir.

Yaylığın nəfis tərtibatlı qutusu və üzərindəki elementlərin izahının verildiyi kitabçası var.

Yaylığın 4 küncündə 4 medalyonun hərəsinin öz anlamı ilə fərqlənir.

Bir küncdə gözə çarpan tar, kaman və qaval Qarabağın Azərbaycanın muğam beşiyi olduğunu bildirir. Digər küncdə “Xarı-bülbül” gülü Şuşanın və bütövlükdə Qarabağın rəmzi sayılır.

Üçüncü küncdəki qılınc və qalxan Qarabağ uğrunda döyüşən igidlərimizi simvolizə edir.

Dördüncü küncdəki atlar Qarabağ atlarına işarədir.

Qeyd edək ki, Yavər Məmmədov “Qarabağ”, “Xarı bülbül”, “Qarabağ xalçası”, “Qarabağ kilimi”, “Qobustan”, “Azərbaycan Narı” kimi milli ornamentləri özündə birləşdirən qalstukların və yaylıqların yaradıcısı kimi də tanınır.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın