Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / YAP-dan Rəfael Cəbrayılovla bağlı kəskin açıqlama:”Vəsiqənin girov qoyulması mənəviyyatsızlıqdır”

YAP-dan Rəfael Cəbrayılovla bağlı kəskin açıqlama:”Vəsiqənin girov qoyulması mənəviyyatsızlıqdır”

Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, – deyə H. Paşayev qeyd edib/APA.

Xatırladaq ki, bu gün MSK-nın qərarı ilə R.Cəbrayılovun mandatına xitam verilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …