Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Xoşqədəm efirdə əsəbiləşdi: “Mənə hələ bu sözü deyən olmamışdı” (VİDEO)

Xoşqədəm efirdə əsəbiləşdi: “Mənə hələ bu sözü deyən olmamışdı” (VİDEO)

Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Bizə danış” verilişində maraqlı anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, verilişə gələn bir xanım Xoşqədəmdən ona “pul atan” şəxsi tapmağı xahiş edib. Bu sözlər aparıcını əsəbiləşdirib.

Aparıcı ilk dəfədir ki, bu cür müraciətlə rastlaşdığını söyləyib: “Ay xanım bunun üçün polis var. Azərbaycanda həmin adam 20-dən çox insana “pul atıbsa” hüquq mühafizə orqanlarına müraciət edirsiniz. Türk vətəndaşıdırsa, pul əldən getdi. Siz Instagram-da tanış olduğunuz bir insana inanıb pul verirsiniz, amma qapınıza gələn Fatmanisə gəlib 100 manat borc ver desə deyəcəksiniz ki, pulum yoxdur. Bizim problemimiz odur ki, inandığımız insan qarşımızda dayanıb. Amma biz fırıldaqçıya etibar edirik. Siz mənə deyirsiz ki, Türkiyədə oğluma “pul atan” adamı tapın”.

Xoşqədəmin sozlərinə görə, ona hər şeylə bağlı müraciət ediblər, amma “pul atanı” tap deyən olmamışdı: “Hüquq mühafizə orqanlarına müraciət edin. Mən sizə doğru yolu göstərdim”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb

2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü …

Bir cavab yazın