Cümə , Aprel 26 2024
Ana səhifə / Xamenei Obamaya cavab verdi

Xamenei Obamaya cavab verdi

“Amerika Birləşmiş Ştatlarının İranla nüvə proqramı məsələsində razılığa daha çox ehtiyacı var. Amerika hökuməti ilə Konqres arasında məsələyə dair yaranmış düşmənçilik isə, onların razılığa gəlmək istəmədiklərini göstərmir. Sadəcə, respublikaçılar demokratların siyasi arenada xal qazanmasını istəmirlər”.

ANS PRESS-in məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei Məşhəd şəhərində çıxışı zamanı bu cür açıqlama verib.

Ayətullah Əli Xamenei: “Biz Amerika ilə təkcə nüvə proqramı məsələsinə dair danışıq aparırıq. Onlarla başqa heç bir məsələ müzakirə olunmur. Bunu hər kəs bilməlidir. Biz regional məsələlərdə Amerikanın fikrini soruşmuruq. Amerikanın hədəfləri tamamilə bizim hədəflərimizə qarşı yönəlib. Sanksiyaların aradan qaldırılması danışıqların şərtlərindən biridir, nəticəsi deyil”

Bir qədər əvvəl İran prezidenti Həsən Ruhaninin anasının dünyasının dəyişməsi ilə əlaqədar rəsmi Tehranla 6-lıq ölkələri arasında danışıqlar təxirə salınıb. Danışıqların bu həftə yenidən start götürəcəyi gözlənilir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın