Şənbə , Aprel 27 2024
Ana səhifə / Xalq artisti ciyərinin yarısını həyat yoldaşına verəcək

Xalq artisti ciyərinin yarısını həyat yoldaşına verəcək

Xalq artisti Arif Quliyevin Hepatit C vurusuna yoluxan həyat yoldaşının müalicəsi üçün 70 min tələb olunur.

Bu barədə aktyorun özü məlumat verib.

Aktyorun dediyinə görə həyat yoldaşının müalicəsi üçün lazım olan donor tapılıb: “Donor üçün adam var, ucuz danışmışam. O, ciyərinin yarısını verir. Hazırda müalicə olunur. Çalışacağam ki, 5-6 konsert verim, oradan pul toplayım. 4 otaqlı evimiz var, hamılıqla orada yaşayırıq. Ona görə də evi sata bilmərəm. “Semaşko” xəstəxanasının əməkdaşları sağ olsunlar, Ziyafət xanım bizim üçün əlindən gələni edir. Dünən də dostlarımın köməyi ilə 1400 manatlıq dərman aldıq. Bu dərman ona çox kömək edəcək”.

A.Quliyev qeyd edib ki, özünün də ayağında problemlər var və hazırda müalicə olunmaq üçün Naftalana yollanır.

Qeyd edək ki, Arif Quliyevin həyat yoldaşı Hepatit C virusuna yoluxub. Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib.(AzNews.az)

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın