Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “WhatsApp”da peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzası aldı

“WhatsApp”da peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzası aldı

Pakistanda 35 yaşlı xristian Nadim Ceyms edam cəzasına məhkum edilib. Buna səbəb kimi onun “WhatsApp” messencerində yazdıqlarının Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilməsi olub.
Virtualaz.org “Straits Times” nəşrinə istinadən xəbər verir ki, Nadim Ceyms öz tanışına “WhatsApp” vasitəsilə şeir göndərib. Həmin şəxs isə bununla bağlı polisə məlumat verib.
Hökm sentyabrın 15-də ölkənin Qucarat şəhərində verilib. N.Ceymsin vəkili apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Onun sözlərinə görə, aralarında qız üstündə mübahisə düşdüyündən, şikayət ərizəsi vermiş şəxs, sadəcə olaraq, böhtan atıb. Vəkil bildirib ki, iddiaçıya xristian kişinin müsəlman qızla görüşməsi xoş gəlməyib.
Yerli hüquq müdafiəçiləri deyir ki, Pakistanda dinə təhqir ittihamları əksər hallarda şəxsi qərəz əsasında böhtanlar üçün istifadə edilir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın