Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Vienna-A“ MTK-a ona yönələn ittihamlara cavab verdi- Mövqe

“Vienna-A“ MTK-a ona yönələn ittihamlara cavab verdi- Mövqe

Bir neçə gün əvvəl Azinforum.az və Azsiyasət. az saytlarında və bu KİV-lərə aid sosial şəbəkə hesablarında “Vienna-A“ MTK-a ilə vətəndaş İskəndərova Cəmilə Soltan qızı arasında yaranmış mənzil mübahisəsi ilə bağlı video müsahibə yerləşdirilib. Sözügedən MTK-nın hüquqi nümayəndəsi olan – Əlizadə Akif Əkbər oğlu tərəfindən hər iki redaksiyaya MTK-nın mövqeyini ifadə edən yazı daxil olub. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:                   

Hörmətli redaksiya!

“08 aprel 2023-cü il tarixdə rəhbəri olduğunuz KİV lərdə  “İranlı iş adamları Azərbaycanda at oynadır” başlığı ilə yazı, habelə bu başlıq altında video çarx göstərilmiş, videoçarxda müsahibə aparan və müsahibə verən şəxslər tərəfindən həqiqətə uyğun olmayan məlumatlar verilmişdir.

Sözügedən yazı və videoçarxda “Vienna-A” mənzil-tikinti kooperativi, həmçinin İran vətəndaşlığı olan azərbaycanlı Moharramzadeh qardaşlarının hüquqlarına və qanuni mənafelərinə toxunan məlumatlar dərc edilmiş və video ilə səsləndirilmişdir.

Dərc olunmuş və videçarxda verilmiş məlumat qısa şəkildə:

Təhsil işçisi olan xanım: İskəndərova Cəmilə Soltan qızı verdiyi eksklüziv videomüsahibədə əslən İrandan olan iki qardaş: Mehriyar və Mehrdad Moharramzadeh adlı iş adamlarının rəhbərlik etdiyi “Vienna-A MTK” dan narazılığınıifadə edib. Şikayətçi iddia edir ki, iranlı iş adamları ortada ciddi əsas olmadan ona məxsus mənzili əlindən almaq istəyirlər və sair. Şikayətçidən müsahibə götürən şəxs: Görün həmin MTK bu xanımın başına hansı oyunlar gətirib? Pulunu ödəyib, təmir eləyib, günlərin birində məhkəmə icraçıları gəlib evin boşalmasını tələbedirlər və sair.

Mövqe:

1. Yazı və videoçarxda adı çəkilən Mehrdad və Mehriyar Moharramzadə qardaşlarının İran vətəndaşlığı olsa da, əslən azərbaycanlı olmaqla 30 ilə yaxındır ki, Bakıda yaşayırlar. Buradaali təhsil almış, işləmiş və Azərbaycan vətəndaşları ilə ailə qurmuşlar. Qardaşlar Şimali Azərbaycanı da təbii olaraq özlərinə vətən hesab edirlər. Necə ki, bizlər o taylı bu taylı bütün Azərbaycanı özümüzə vətən hesab edirik. 

Şikayətçi Cəmilə İsgəndərova, oğlu və onların himayədarları Azərbaycan Respublikası ilə İran arasında olan hazırkı gərgind urumdan sui-istifadə edərək “iranlı” sözünü daha qabarıq və tez-tez işlətməklə özlərinə lüzumsuz müdafiə cətiri düzəltmək istəyirlər. Məqsəd də odur ki, İran adlı ölkənin rəhbərliyinə qarşı hazırda cəmiyyətimizdə olan nifrətdən özlərinin xeyirlərinə yararlansınlar.

Mehryar və Mehrdad Moharramzadə qardaşlarının İran vətəndaşlığı olsa da, azərbaycanlı olduğundan bizim onların da hüquqlarını qorumaq borcumuz var. Ona görə ki, Dövlət Başçımızİ lham Əlivev cənabları rəsmi tribunalardan dəfələrlə elan etmişdi ki, İranda və bütün dünyada yaşayan azərbaycanlıların hüquqlarını daima müdafiə edəcəyik.

2. Gündəlik həyatında humanistliyi və halallığı ilə seçilən, biznes fəaliyyətində ciddi intizamlı olan, qanunlara və hüquqa sözsüz hörmət göstərən Moharramzadeh qardaşlarının İsgəndərovlar ailəsinin mənzilini əlindən almaq kimi məqsədləri və istəyi yoxdur. 

Videoda çıxış edən xanımın oğlu Elvin İsgəndərov 2019-cu ilin fevral ayında “Vienna-A” MTK ilə mənzil alqı-satqısına dair anasının adına müqavilə bağlamış, mənzilin dəyərinin təxminən yarısından bir az çoxunu ödəmiş, qalan yarısını isə 1 il ərzində, yəni 2020-ci ilin fevral ayınadək ödəməyi öhdəsinə götürmüşdür. 

Mövcud qaydalara görə tam dəyəri ödənilməyən mənzildə hər-hansı təmir işləri aparıla bilməz. Lakin MTK rəhbərliyi humanistlik göstərərək Elvin İsgəndərova tam dəyərini ödəmədiyi mənzildə təmir aparmasına icazə vemiş və o ailə üzvləri ilə birgə2019-cu ilin sonunda mənzilə köçmüşdür.

İsgəndərovlar müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi – 2020-ci ilin fevral ayına kimi mənzilə görə MTK-ya ödəməli olduğu pulu heç bir üzürlü səbəblər olmadan ödəməmiş, MTK rəhbərliyi 2021-ci ilin fevral ayına kimi bu vəziyyətə dözmüş, onlara dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və sonda nümayişkəranə şəkildə mənzilə ödəməli olduqları təxminən 23.000 manatı ödəməkdən imtina etmişlər.

Bundan sonra MTK məsələnin həlli üçün məhkəməyə müraciət etmiş, C.İsgəndərovanın ailə üzvləri ilə birlikdə  mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə MTK-ya təvil verilməsibarədə məhkəmə aktları qəbul edilmişdir. Məhkəmələr ona görə belə qərar qəbul etmişlər ki, MTK ilə bağlanmış müqavilənin 3.2.2-ci maddəsində nəzərdə tutulur ki, mənzilin tam dəyəri vaxtında ödənilməzsə, alqı-satqı müqaviləsi ləğv edilir, daha sonramənzil satılır və C.İsgəndərovanın MTK-a ilkin ödədiyi və təmirə çəkdiyi xərc onun özünə qaytarılır. 

3. Mənzildən çıxarılma barədə icra işi dekabr 2022-ci ildən Abşeron rayon icra şöbəsinin icraatındadır. 5 aydan çox müddətdə şikayətçi xanıma və oğluna dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilib ki, onlar könüllü qaydada məhkəmə qərarını icra etsinlər və mənzili boşaltsınlar. Lakin hər dəfə onlar ölkə qanunlarına və hüquqa hörmətsizlik göstərərək Azərbaycan Dövləti adından çıxarılmış məhkəmə qərarını saymadıqlarını demiş, heç bir halda mənzili boşaltmayacaqlarını, bundan ötrü bütün vasitələrə əlatacaqlarını göstərmişlər. Şikayətçi xanımın oğlu, habelə ona yaxın şəxslər və qohumları müxtəif vəzifəli şəxslərin adından istifadə edərək qanuni qüvvədə olan məhkəmə aktının icrasına mane olmağa çalışmışlar. 

4. Nəhayət ki, 06 aprel 2023-cü ildə Abşeron rayon icra məmuru qanunla nəzərdə tutulmuş qaydada məhkəmə qərarının icrasına başlamış, bundan ötrü mənzilə daxil olaraq şikayətçi xanıma və oğluna təklif etmişdir ki, mənzili könüllü qaydada boşaltsınlar. İcra məmurunun qanuni tələbi həmişəki kimi rədd edilmiş, əksinə şikayətçi xanımın oğlu, nümayəndələri və qohumları icra məmuruna və mənzili boşaltmaq istəyən digər şəxslərə qarşı zorakılıq etmiş, bir neçə saat ərzində icra hərəkətlərini yerinə yetirmək mümkün olmamışdır.

Ona görə ki, mənzildə olan Elvin İsgəndərov, qohumları və sair şəxslər məhkəmə qərarının icrasına zorakı yollarla mane olmuşlar. Belə olan təqdirdə icra məmuru qanunla nəzərdə tutulmuş qaydada protokol tərtib etmiş, şikayətçi xanımdan və oğlundan izahat almaq istəmiş, lakin bu da mümkün olmamışdır ona görə ki, həm şikayətçi xanım, həm də oğlu inzibati qaydada məsuliyyətə alınacaqlarını başa düşdüyündən özlərini xəstəliyə vurmuşlar. Şikayətçi xanım və oğlu izahat verməkdən, habelə bununla bağlı məhkəməyə gəlməkdən imtina etmişlər ona görə ki, guya səhhətlərində ciddi problem yaranmış və bununla bağlı xəstəxanaya müraciət etmişlər. Hansı ki, şikayətçi xanım“xəstəxanada” olduğu zaman hazırkı videoçarxda göstərilən müsahibəni verirdi. 

5. Yazıya verilmiş başlıqda “at oynadır” söz birləşməsindən yersizistifadə edilib və buna görə də həmin sözün dəyişdirilməsi məqsədə uyğun olardı. Belə ki, “at oynadan” adamın cəmiyyətə, başqalarının hüququna və qanunla qorunan maraqlarına hörmətsizliyi kimi başa düşülür. Hansı ki, adları çəkilən qardaşlar tərəfindən belə hərəkətlərə yol verilməmişdir. 

6. Mənfi çalarla yüklənmiş yazıda və videoçarxda özlərinin razılığıolmadan Moharramzadeh qardaşlarının şəklinin göstərilməsi də qanunua zidd olmuşdir. 

Belə ki, Media Haqqında Qanunun tələblərinə əsasən jurnalistin vəzifəsidir ki, vətəndaşlardan, vəzifəli şəxslərdən, müəssisələrdən, təşkilatlardan və idarələrdən məlumat alarkən audiovizual vasitələrdən və kino-fotoçəkilişindən istifadə etmək barədə onların razılığını alsın. Hansı ki, məlumatı yayan və video çəkiliş aparan KİV-ə belə razılıq verilməmişdir. 

7. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qərarı icra olunmalıdır. Bu məsələ heç bir halda müzakirə predmeti ola bilməz. Əks təqdirdə ədalət mühakiməsinin nüfuzuna xələl gəlmi şolar. Ancaq bu konteksdə İsgəndərovlar ailəsinin də hüquqları müdafiə olunacaq. Belə ki, mənzil boş vəziyyətdə MTK-ya təhvil verildikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada satışaç ıxarılacaq, C.İsgəndərovanın MTK-ya ödədiyi ilkin vəsait və mənzildə aparılmış təmir xərci əlbətdə ki , onun özünə qaytarılacaq.

8. Göstərilənlərə əsasən və Media Haqqında Qanunun tələbləri rəhbər tutaraq sizdən xahiş edirəm ki, yuxarıda qeyd edilən yazı və video çarxa dair təkzib və cavabımızı saytın xəbərlər blokunda və videoçarxın yanında yerləşdirməklə yazının başlığında olan “at oynadır” sözünü, habelə yazı başlığında və vidolardakı Mehryar və Mehrdad Moharramzadə qardaşlarının şəkillərini götürəsiniz.

Hörmətlə,

Akif Əlizadə

10.04.2023-cü il”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …