Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu (FOTO)

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu (FOTO)

Daştəpə kəndində polislə vətəndaşlar arasında insident baş verib.
APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, hadisə polisin “Opel” markalı avtomobilə “saxla” əmri verməsindən sonra baş verib. Məlumata görə avtomobilin sürücüsü sürəti artıraraq ərazidən qaçmağa çalışıb, lakin nəqliyyat vasitəsinin idarəetməsini itirərək Daştəpə kəndindəki körpüdən maşını aşırıb.

Şahidlərin sözlərinə görə avtomobildə olan 3 nəfər və bəzi kənd sakinləri hadisə yerinə gələn polis patrulu maşınını daşlamağa başlayıb. Nəticədə polis avtomobilinə ziyan dəyib. Daha sonra isə polisi müdafiə edən sakinlərlə əks tərəf arasında qarşıdurma baş verib.
Avtomobilin sürücüsünün sərxoş olduğu bildirilib. 

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …