Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Vergidən yayınan müğənnilər – SİYAHI (VİDEO)

Vergidən yayınan müğənnilər – SİYAHI (VİDEO)

Vergi ödəməyən müğənnilərin cərimələnməsi davam edir. Vergilər Nazirliyi borcunu ödəməyən  41 şou-biznes nümayəndəsinin siyahısıni açıqlayıb.
Vergi xəbərdarlıqlarına məhəl qoymayan daha onlarla müğənni cərimələnib.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş idarəsindən bildirilib ki, şou-biznesdə çalışan və kifayət qədər gəlir əldə edən bəzi şəxslər hələ də  vergilərin ödənilməsinin vacibliyini sözdə qəbul etsələr də, işdə qanunun tələblərini pozurlar. Həmin müğənnilərin siyahısı açıqlanıb.
Vergi ödəmədiyinə görə müğənni Ayaz Qasımov 790 manat, Zamiq Hüseynov 4700 manat, Rəqsanə İsmayılova 4350 manat, Xəyyam Nisanov 4300 manat, Emil Bədəlov isə 3640 manat məbləğində cərimələnib.
 
Cərimələnən müğənnilərdən biri də Rüfət Axundovdur.   O, 1600 manat cərimə ödəyib.
 
Şeron Qrupu isə 13 min manat cərimələnib. Ancaq qrupun üzvləri bildirirlər ki, onların hər biri ayrı-ayrılıqda vergi ödəyicisi kimi qeydiyyatdadırlar. “Şeron qrupu” MMC-nin fəaliyyəti isə 2008-ci ildən dayandırılıb.
 
Müğənni Ceyhun Əliyev də cərimələnənlər arasındadır.
Vergilər nazirliyi şou-biznes nümayəndələrinin xərcləri ilə bağlı məsələyə də aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, konkret müğənnilik fəaliyyətinin həyata keçirilməsi məqsədindən kənar qrim və geyim xərclərinin vergitutmada gəlirdən çıxılan xərclərə aid edilməsi düzgün deyil. Əgər ifaçı işi ilə əlaqədar geyim və qrimə pul xərcləyirsə, bu halda o  malların alışını təsdiq edən çek təqdim etməlidir.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …

Bir cavab yazın