Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Vəkillər Kollegiyası Elçin Sadıqovla bağlı şikayətə baxır

Vəkillər Kollegiyası Elçin Sadıqovla bağlı şikayətə baxır

Bu gün Baş prokurorun müavini Rüstəm Usubovun vəkil Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasına etdiyi şikayətə baxılıb. Bu barədə Modern.az-a vəkil özü məlumat verib.

E.Sadıqov qeyd edib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovla, Vəkillərin İntizam Komissiyasının üzvü ilə barəsindəki şikayətlə bağlı görüşüb:

“Mənə qarşı prokurorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır. Bununla belə, şikayətin əsaslı olub-olmamasından asılı olmayaraq, Vəkillərin İntizam Komissiyası onu araşdırmalı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verməlidir.

Bildirmək istərdim ki, 10 ildən çoxdur, vəkillik fəaliyyəti ilə məşğulam. Vəkil fəaliyyətimdə həmişə qanunun aliliyini, vicdanlılığı, dürüstlüyü, ədalətliliyi, dönməzliyi, peşəkarlığını rəhbər tutmuşam. Şərəfli vəkil peşəsinin inkişafı üçün çalışmışam və fəaliyyətimdə vəkil adını yüksək tutmuşam. Hesab edirəm ki, fəaliyyətimlə həm də vəkillik peşəsinə hörmət qazandırmışam.

İndiyədək Vəkillər Kollegiyasının Rəyasət Heyətindən özümə qarşı hər-hansı qərəz müşahidə etməmişəm. Kollegiyanın Rəyasət Heyətinin üzvləri ilə daim qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var”.

Hüquqşünas qeyd edib ki, 2018-ci ildə barəsində iki intizam icraatı olub:

“Hər iki işdə şikayətçi qarşı tərəf olub. Həmin şikayətlərdə iddia olunurdu ki, guya, mən onlara qarşı kobud davranmışam, vəkil etikasını pozmuşam. Məhkəmə iclas protokolları ilə təsdiq edilmədiyindən, Vəkillər Kollegiyası həmin şikayətlər üzrə açılmış intizam icraatlarına xitam verib..

Bugünkü görüşdə barəmdəki yeni intizam icraatı barədə söhbət etdik. İcraatın materialları hamıya bəlli olan qərarın mətnindən ibarətdir. Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti intizam icraatı barədə qərar verərkən obyektivlik və ədalətlilik nümayiş etdirəcək, vəkilliyin nüfuzuna qarşı olan bu şikayət üzrə intizam icraatına xitam verəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl vəkil Elçin Sadıqov Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına sui-qəsddə ittham olunan Yunis Səfərovun müdafiəsindən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …