Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rza İbadov Bakıdadır…

Rza İbadov Bakıdadır…

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov yenidən Bakıya gəlib.

Modern.az saytının məlumatına görə, Rza İbadov 2-3 gün öncə Bakıda gəzərkən görünüb. Onun Azərbaycana səfərinin şəxsi xarakter daşıdığı bildirilir.

Əməkdaşımız Rza İbadovun özü ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri nəticə verməyib.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …