Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü – Bakıda faciə

Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü – Bakıda faciə

Paytaxtda bədbəxt hadisə baş verib. Azyaşlı uşaq eyvandan yıxılaraq dünyasını dəyişib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış sahəsində qeydə alınıb.

Dörd yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və hadisə yerində də dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, artaşdırmalar aparılır.

İyul ayının 25-də Bakıda bənzər hadisə baş vermişdi. Paytaxtın Xətai rayon sakini 2 yaşlı Ümid Ağalı yaşadığı mənzilin eyvanından yıxılmış və yerindəcə dünyasını dəyişmişdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın