Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Turkish Airlines” təyyarəsi təcili eniş etdi – Terror təhlükəsi

“Turkish Airlines” təyyarəsi təcili eniş etdi – Terror təhlükəsi

“Turkish Airlines” aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks şəhərinə təcili eniş edib.

“ Azinforum.az ” report-a istinadən xəbər verir ki, Nyu-Yorkdan İstanbul istiqamətində hərəkətdə olan “Airbus A330” terror təhlükəsi səbəbindən təcili eniş istəyib.

Təhlükə barədə məlumat təyyarə uçduqdan və eşelona çıxdıqdan sonra son dərəcə yüksəklikdə olduğu zaman daxil olub.

Layner uğurlu eniş edib, zərər çəkən olmayıb. Təyyarəyə fövqəladə xidmətin əməkdaşları cəlb edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın