Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “XALQ HƏMİŞƏ MTN-ə İNANIB” – MƏDƏT QULİYEV

“XALQ HƏMİŞƏ MTN-ə İNANIB” – MƏDƏT QULİYEV

Azinforum.az APA-ya istinadən xəbər verir ki, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumun xalq arasında böyük nüfuza malik olduğunu bildirib.

M. Quliyevin sözlərinə görə, olar bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

M. Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz: “MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın