Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Aktual /  TANINMIŞ SİYASƏTÇİ MTN-İN ONU NECƏ ŞƏRLƏMƏSİNDƏN DANIŞDI – “İlqar Əliyevin “bulağından” su içənlər…”

 TANINMIŞ SİYASƏTÇİ MTN-İN ONU NECƏ ŞƏRLƏMƏSİNDƏN DANIŞDI – “İlqar Əliyevin “bulağından” su içənlər…”

Azinforum.az xəbər verir ki, Eldar Mahmudov olayından sonra, həmin şəbəkənin 10 il müddətində vətəndaşlara qarşı etdikləri haqsızlıqlar barədə geniş danışılmağa başlanıb. Əsasən də iş adamlarına tutulan divan barədə ətraflı məlumatlar tirajlanır. Ancaq nədənsə, MTN-in hazırda ifşa olunan komandasının mətbuat nümayəndələrinə və siyasilərə qarşı etdiyi əməllərin üstündən sükutla keçilir. Məlum olduğu kimi, ifşa olunan şəbəkə ilə uzun illərdir açıq mübarizə aparan, buna görə də başı min bir müsibətlər çəkənlərdən biri də tanınmış siyasətçi Ramiz Tağıyevdir.

“Millətim” adlı qəzetin sahibi olan bu şəxs sözügedən KİV-də Eldar Mahmudovun özünün və komandasının fəaliyyətini sərt tənqid edib. Ramiz Tağıyev Azinforum.az-a açıqlamasında bildirdi ki, bu şəbəkə barədə indi yazmaq təhlükəsizdir:

“Görürəm ki, çoxları cəsarətlənib. Hətta məşhur İlqar Əliyevin “bulağından” su içənlər belə öz yiyələrinə qarşı çıxırlar. Biz isə ən təhlükəli sayılan, Eldar Mahmudovun qılıncının dalının və qabağının kəsdiyi vaxt onları ifşa edirdik. MTN- də baş verən cinayətlər barədə dəhşətli faktlar açıqlayırdıq. Ancaq təəssüflər olsun ki, səsimiz gedib yuxarılara çatmırdı. Əlində bütün səlahiyyətlər olan qurum bizi tuturmaqla məsələni qapayırdı. Şəxsən məni iki dəfə İlqar Əliyev və onun Azərbaycan siyasətində olan dostlarının əli ilə şərləyib türməyə göndəriblər. Qərara gəlmişəm ki, vaxtilə həbsimə səbəb olan və dəhşətli cinayətlərin üstünə işıq salacaq məqalələri təkrarən çap edim.  Əminəm ki, bu dəfə məsələyə reaksiya tamamilə başqa cür olacaq. Onların şərinə düşmüş tanınmış siyasilər, jurnalistlər kifayət qədərdir. Mən, jurnalistlər- Fərəməz Allahverdiyevin, Sərdar Əlibəylinin adını xüsusilə vurğulamaq istərdim. Bu adamların da bir neçə dəfə haqsız yerə həbsə göndərilməsinin arxasında məhz həmin şəbəkə durur.  Biz həftəlik nəşr kimi bundan sonra hər nömrəmizdə cinayətkar şəbəkənin çöldə qalan üzvlərinin də ifşa olunması üçün cəmiyyəti və əlaqədar qurumları  əhatəli informasiya ilə təmin edəcəyik”.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakının dərdi var, Bakı xəstədir…Paytaxtı necə xilas etməli?

Texnogen, antropogen fəaliyyət, həmçinin fiziki təsirlər nəticəsində atmosferə küllü miqdarda çirkləndirici xüsusiyyətə malik tullantılar atılır. …

Bir cavab yazın