Şənbə , Aprel 27 2024
Ana səhifə / TANINMIŞ RƏSSAM ƏSƏRLƏRİNİN SATIŞINDAN ƏLDƏ OLUNAN VƏSAİTİ XEYRİYYƏ MƏQSƏDİLƏ XƏRCLƏYƏCƏK – VİDEO

TANINMIŞ RƏSSAM ƏSƏRLƏRİNİN SATIŞINDAN ƏLDƏ OLUNAN VƏSAİTİ XEYRİYYƏ MƏQSƏDİLƏ XƏRCLƏYƏCƏK – VİDEO

Məlumat verdiyimiz kimi, iyunun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Vətən həsrəti” adlı fərdi sərgisi açılıb.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. 70-dək sənət əsərinin yer aldığı  sərgidə fırça ustasının abstrakt əsərləri, realist işlər və peyzaj janrında çəkdiyi rəsmlər nümayiş olunur.  Tanınmış rəssam Azinforum.az-a açıqlamasında bildirdi ki, bir həftə davam edəcək sərgidə müəllifi olduğu  əsərlərin satışı da, həyata keçiriləcək:

“Mən bu satışı xeyriyyə məqsədilə həyata keçirirəm. Əsərlərin satışından əldə olunan vəsaitin böyük hissəsini kimsəsiz  və talasemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə sərf etməyi planlaşdırıram. Bu səbəbdən də, əsərlərin satışı münasib olan qiymətlərlə həyata keçiriləcək”.

https://www.youtube.com/watch?v=nR1JvO-O9q8

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …

Bir cavab yazın