Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Təranə Qumral Nazəninə cəmi 500 manat ödəyəcək – Məhkəmə qərarı

Təranə Qumral Nazəninə cəmi 500 manat ödəyəcək – Məhkəmə qərarı

Müğənni Təranə Qumral təhqir etdiyi həmkarı Nazəninə 10 min deyil, 500 manat ödəyəcək. Belə ki, yanvarın 14-də Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərək 1-ci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin təhqirə görə mənəvi ziyanın əvəzi kimi Salayeva Nazəninin xeyrinə İbrahimova Təranə Xeyrulla qızından 10000 (on min) manat tutulması hissəsini ləğv edib.
Məhkəmə qərara alıb ki, mənəvi ziyanın əvəzi kimi Təranə Qumraldan müğənni Nazəninin xeyrinə cəmi 500 ( beş yüz) manat tutulsun. Bu barədə müğənni Təranə Qumralın mətbuat katibi Əfruzə Ağayeva musavat.com-a açıqlama verərkən bildirib. Onun sözlərinə görə, məhkəmə hər iki müğənni arasında qarşılıqlı təhqir faktı olduğu üçün bu qərarı verib:
“Təranə Qumral və Nazənin xanım istəmədən bir-birini təhqir etmişdi. Fikrimcə, məhkəmə də düzgün qərar verdi ki, bu  qarşılıqlı təhqirdir”.
Məsələ ilə əlaqədar müğənni Nazənin  ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Xatırladaq ki, ötən il iki müğənni arasında qalmaqal ANS telekanalının “Bazar səhəri” verilişində yaranmışdı. Müğənni Təranə Qumral həmkarı haqqında “Nazənin 7 dəfə ərdə olub” deməsinin ardınca qarşı tərəf “Təranəni ərimlə tutmuşam” kimi şok açıqlamaları olmuşdu. Bundan sonra müğənni Nazənin həmkarını məhkəməyə vermişdi. İyulun əvvəlində keçirilən məhkəmə qərarına əsasən Təranə Qumral həmkarına böhtan atdığına, şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat ödəməli idi.

Həmçinin oxuyun

Jurnalistin gizli səs yazısını “reket”ə kim verib? – Hakim Rafiq Məmmədov bu məsuliyyətin altından necə çıxacaq?

Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahıya” salınaraq “reket” elan olunan demokratik.az adlı …

Bir cavab yazın