Şənbə , Aprel 27 2024
Ana səhifə / “Speys”də yeni biabırçılıq – “Səni cıraram” – Video

“Speys”də yeni biabırçılıq – “Səni cıraram” – Video

“Speys” telekanalında yayımlanan “Əsl şou” verilişində növbəti biabırçılıq yaşanıb.
Axşam.az-ın məlumatına görə, aparıcı Səidə Sultan qonağı olan müğənni Rəhim Rəhimlinin ünvanına tənqidi ifadə işlədib.
Belə ki, evlənməkdən danışan ifaçı həyatında biri olduğunu deyib:
“Neçə ildir həyatımda heç kim yoxdur. İndi eşq yaşayıram”.
S.Sultan “Toy nə vaxtdır? Niyam Salami də deyir ki, evlənmək istəmirəm. Yaş gedir” sözlərinə R.Rəhimli “Mənim nə yaşım var ki? Toy haqda düşünmürəm. Niyam bir dəfə ailə qurub boşanıb” cavabını verib.

Səidə isə “Uşağın xətrinə dəymə, səni cıraram” deyərək, həmkarına reaksiya verib.
Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən telekanalda yayımlanan “Günaydın” verilişində də nalayiq ifadələr işlədilmişdi. Qonaq yazar Əziz Musaoğlu ifaçı Mətanət Əsədovanın ünvanına “Mən aliməm, sən isə fahişəsən” sözlərini işlətmişdi. Məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Telekanal rəhbərliyi üzr istəyərək, “Günaydın” verilişini bağlayacaqlarını söyləyib.

 

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın