Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / “Son zəng” çalındı: Həm ağladılar, həm oynadılar – FOTOLAR

“Son zəng” çalındı: Həm ağladılar, həm oynadılar – FOTOLAR

Bu gün son zəngdir, 2018-2019-cı tədris ili başa çatdı. Çoxları üçün 14 iyun adi günlərdən biri olsa da, məktəb məzunları üçün unudulmaz tarixdir. Çünki onlar 11 illik məktəb həyatına son qoyub, müstəqil həyata addım atırlar. 

Musavat.com saytının əməkdaşı məzunların sevincinə, həyəcanına şərik olmaq üçün Xətai rayonunda yerləşən Zəkalar Liseyində keçirilən “Son zəng” tədbirində olub.  

Məktəbin həyətinə daxil olarkən oraya toplaşan müəllim və məzunların təlaşlı olduğu kənardan aydın hiss olunurdu. Valideynlər də övladları qədər həyəcanlı idi. Onlar əllərində gül-çiçək övladlarının məktəbdə sonuncu dəfə izləyirdi.  

Məzunlar məktəbin həyətində öz yerini aldıqdan sonra “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra birincilər Zülfiyyə Xanbabayevanın ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında rəqs ediblər.

Tədbirin rəsmi hissəsi məktəbin direktoru Aygün Əhmədlinin təbriki ilə başlayıb.

O, şagirdlərə öz ürək sözlərini çatdırıb və gələcək həyatlarında uğurlar arzulayıb: “Hər il olduğu kimi bu il də şagirdlərimiz yüksək nəticə göstərib. Onlar arasında xarici universitetlərə daxil olanlar çoxdur. 10 şagirdimiz dövlət imtahanında 600-dən çox bal toplayıb. Son zəng  məzunların həyatında on bir illik, liseyin həyatında bir illik hesabatdır. Hər bir məzunumuza uğurlar arzulayıram. Dünyanın harasında olmağınızdan asılı olmayaraq vətəninizi, xalqınızı unutmayın”.

Direktor daha sonra yüksək nəticələr əldə edən şagirdlərin siyahısını açıqlayıb və onlara diplomlar təqdim edib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi icra  başçısı adından məzunları təbrik edib.

Rəsmi hissə bitdikdən sonra on birincilər öz mahnı və rəqslərini təqdim ediblər. Təbii ki, məktəbi bitirdiyi üçün göz yaşlarını saxlaya bilməyənlər də vardı. Bir-birini təbrik edən məzunlar köynəklərinə arzularını yazaraq, gələcəyə bir xatirə də əlavə etdilər. Sonda “Son zəng” çalınıb.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …