Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Elçibəyin həyat yoldaşı vəfat edib

Elçibəyin həyat yoldaşı vəfat edib

Həlimə xanım Türkiyədə dünyasını dəyişib

Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu haqda sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkədə status yazıb: “Çox ağır xəbər aldım. Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”.

Əldə etdiyimiz məlumata görə, Həlimə xanım Türkiyədə müalicə alırmış.

Mərhumun kürəkəni Aqil Səmədbəyli “Report”a açıqlamasında deyib ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: “Biz şokdayıq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …