Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Samirə Oqtayla intim münasibəti barədə: “Dedim ki, otelin ayrı-ayrı nömrələrində…” – VİDEO

Samirə Oqtayla intim münasibəti barədə: “Dedim ki, otelin ayrı-ayrı nömrələrində…” – VİDEO

Meyxanaçı-müğənni Samirə Yusifqızı duet ortağı Oqtay Kamilin məclislərin birində onun barəsində səsləndirdiyi intim fikirlərə münasibət bildirib.
Yusifqızı ölkə.az-a açıqlamasında Oqtayla arasında heç zaman intim münasibətin olmadığını söyləyib:
“Başı xarabdır da. Elə ona görə də axır vaxtlar mən onunla bir yerdə meyxana demirəm də. Çünki meyxana, qafiyə xatirinə belə şeylər deməzlər. Başa düşürəm, meyxanada hər şey olar. Amma lap elə də yox da. Kişilər belə deməyə öyrəşiblər. Mən qadınam axı, bir balaca pərdə gözləmək lazımdır. Oqtay da pərdə-mərdə bilmir. Ona görə ağzına nə gəldi deyir. Allah da şahiddir ki, bizim aramızda heç nə yoxdur. Hətta bu yaxınlarda Kazan səfərimiz oldu. Təşkilatılardan xahiş elədim ki, bizi ayrı-ayrı yerlərdə yerləşdirsinlər. Hətta eyni otelin ayrı-ayrı nömrəsində də qalmaq istəmədim. Çünki onun axmaq-axmaq danışıqları məni bezdirir. Buna görə ondan uzaqlaşmışam. Ola bilər ki, mənə qarşı ürəyində hansısa istəyi olub. Ancaq əsas mənəmsə, deyə bilərəm ki, belə bir şey olmayıb və ola da bilməz. Oqtay hara, mən hara? Tamamilə başqa adamlarıq və zövqümdə deyil”.
Xatırladaq ki, Oqtay Kamil məclislərin birində dediyi meyxanada Samirə Yusifqızı ilə intim münasibətdə olduğunu söyləmişdi.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …

Bir cavab yazın