Cümə , İyun 18 2021
Ana səhifə / Şahin Zəkizadənin xanımı: “Uşağımı qəbul edən biri olsa, ərə gedərəm”

Şahin Zəkizadənin xanımı: “Uşağımı qəbul edən biri olsa, ərə gedərəm”

“Övladımı qəbul edən biri qarşıma çıxsa evlənməyi düşünərəm”.

Bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib. O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş:

“Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? O, çox qısqanc idi, zarafatca “Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq” deyərdim, o isə susardı”

S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, he bir yerdən gəliri yoxdur:

“Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə tanışdan bu barədə köməklik görməmişəm”.

Həmçinin oxuyun

İSBAM Ukraynada uğurlu tədbirlər keçirir – FOTOLAR

Ukraynanın bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi səmərəli fəaliyyətə görə “Zəfər Media …

Bir cavab yazın