Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Sabir Rüstəmxanlının qardaşının ölkədən qaçırdığı generalın keçmiş arvadıymış – MƏHKƏMƏ

Sabir Rüstəmxanlının qardaşının ölkədən qaçırdığı generalın keçmiş arvadıymış – MƏHKƏMƏ

Azinforum.az «Haqqın.az»-a istinadla məlumat verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub İsfəndiyarov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Pərvin Dadaşova, Rəvanə Dadaşova, Tahirə Hüseynova, Günel Hüseynova, Adəm İskəndərov və Ənnab İskəndərovanın cinayət işi üzrə proses başlayıb.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

İttiham rəyinə görə, Namik Camalov, Gülnarə Şəkinskayanın keçmiş əri – Daxili İşlər Nazirliyi (DİN) cinayət-axtarış Baş İdarəsinin rəisi Emin Şəkinskinin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova və digərləri ilə cinayət əlaqəsinə girərək, Gülnarə Şəkinskayaya qızları Nadya, Həmidə, Məryəm və Cəvahirlə birlikdə ölkə sərhədini qanunsuz keçmək üçün sənəd düzətməyə söz verib. Bu məqsədlə Gülnarə Şəkinkaya keçmiş əri Emin Şəkinskinin mənzilindəki seyfdən 60 min manat oğurlayıb və bununla da sonuncuya xüsusilə külli miqdarda zərər vurub.

Bu cinayət əməlində Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlının Almaniyada siyasi emiqrasiyada olan qardaşı Əlövsət Əliyev bilavasitə iştirak edib.

Oğurlanmış pulun 31 min manatını G.Şəkinskaya özünə və qızlarına Azərbaycan Respublikasının sərhədini keçmək üçün saxta sənəd düzəltdirmək məqsədilə Namiq Camalovun və Əlövsət Əliyevin vasitəsilə cinayətkar qrupun digər üzvlərinə verib.

Əldə olunmuş razılaşmaya görə, 17 mart 2014-cü ildə Saçlı Həsənova Bərdə rayon İcra Hakimiyyətində Gülnarə Şəkinskayanı öz qızı Aysel Əliyeva kimi qələmə verib. Burada S.Həsənova G.Şəkinskayanın Bərdə şəhəri, Koroğlu küçəsi, 10, mənzil 1 ünvanında qeydiyyatda olması barədə saxta arayış ala bilib.

Bundan sonra, Saçlı Həsənova rəsmi qaydada Bərdə rayon Polis İdarəsində mövcud olmayan Aysel Əliyevanın adına şəxsiyyət vəsiqəsi alıb. Elə həmin üsulla da G.Şəkinskayanın uşaqlarının adına sənəd düzəldilib.

 

İstintaqın gedişində zərərçəkmiş qismində dindirilən general-mayor Emin Şəkinski bəyan edib ki, G.Şəkinskaya ilə hələ 2008-ci ildə boşanmasına baxmayaraq, uşaqlarını saxlamaq üçün bütün xərcləri öz üzərinə götürüb. Ailəni saxlamaq üçün nəzərdə tutlan pulu da o, özünə səxsus olan seyfdə saxlayırmış. 2014-cü ilin aprelində uşaqlara baş çəkmək üçün gələrkən, görüb ki, mənzildə heç kim yoxdur və seyfdəki pullar da oğurlanıb.

İstintaq müəyyən edib ki, Gülnarə Şəkinskaya 60 min manatı oğurlayaraq, 14 aprel 2014-cü ildə uşaqları ilə birlikdə saxta sənədlər əsasında Balakən sərhəd-keçid nəzarət məntəqəsindən dövlət sərhədini keçib.

İstintaq onu da müəyyən edib ki, bu cinayətdə Gülnarə Şəkinskayaya doğma qardaşı Fərid Yüsifli də kömək edib. G.Şəkinskayanın qardaşı onunla internet vasitəsilə əlaqə saxlayıb və müxtəlif tövsiyyələr verib. Məhz qardışının köməyi ilə Gülnarə Şəkinskaya pulları oğurlaya, özünə və uşaqlarına saxta sənəd düzəldə və Gürcüstana keçə bilib.
5 aprel 2014-cü ildə Fərid Yusifli Minskdən Tbilisiyə uçub və üçüncü dövlətə keçməkdə bacısına kömək udib. Bundan sonra o, Belarusa qayıdıb.

Beləliklə, G.Şəkinskaya, onun qardaşı F.Yusifli və Ə.Əliyev istintaqdan yayındıqları üçün, onların haqqında ayrıca cinayət işi açılıb.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın