Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Sağlam həyat naminə Narkomaniyaya YOX!”

“Sağlam həyat naminə Narkomaniyaya YOX!”

Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam həyat naminə Narkomaniyaya YOX!” adlı layihə çərçivəsində tədbir həyata keçirib. Bu barədə Azinforum.az-a həmin təşkilatdan məlumat veriblər.

19-21iyun 2015-ci il tarixlərində Quba rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, QHT nümayəndələri, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Narkotizmlə Mübarizə İ.B-nin Zaur Adıgözəlov ilk Avropa Oyunlarının açılış mərasimindən, təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışdı.

QHT Şurası haqqında geniş məlumat verdi. Regionlarda gənclər arasında hüquq pozuntuları və zərərli vərdişlərin profliktikası sahəsində problemləri nəzərə alaraq, gənclərin tibbi maarifləndirilməsi işi, huquq pozuntuları hallarının profliktikası sahəsində qəbul edilmiş qanunvericilik aktları ilə bağlı tədbir iştirakçılarına məlumat verildi.

Tədbirdə Tibb Assosasiyası İdarə Heyətini üzvü Əliş Mevliyevin çıxışı dinlənildi və müzakirələr aparıldı. İştirakçıların sualları cavablandırıldı. Tədbir iştirakçılarına sağlam həyat tərzi və müvafiq qanunvericiliklə balı materiallar təqdim olundu və mövzuya uyğun video rolik ğöstərildi.Sonda fəal iştirakçıya sertifikat təqdim olundu.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın