Cümə , Aprel 26 2024
Ana səhifə / Səidə Sultan: “Gedək torpaqlarımızı alaq”

Səidə Sultan: “Gedək torpaqlarımızı alaq”

Müğənni Səidə Sultan sosial şəbəkədə sənətçiləri təhqir edənlərə cavab verib.

O, belə şəxsləri qeyrətsiz adlandırıb:

“Mən Həcərəm, Nigaram! Torpağım, millətim üçün canımı verməyə hazıram. Buna gücüm, qeyrətim çatır. Qeyrətsiz sizsiniz ki, gücünüz müğənnilərə çatır, ağzınıza gələni yazırsınız”.

Səidə Sultan insanları müğənnilərə qarşı aqressiyadan çəkinməyə çağırıb:

“Biz bu qədər aqressiya ilə hara gedirik? “Facebook”da, “Instagram”da nə qədər şərh yazan dırnaqarası insanlarımız var? Müğənnilərə tökdüyünüz aqressiyaları yığışdırın, bir ordu edin. Gedin deyin ki, biz düşmənimizi parçalamağa hazırıq, gedək torpaqlarımızı alaq! Yoxsa ağzınıza gələni bilib-bilmədən yazırsınız, şəxsiyyəti təhqir edirsiniz. Utanmırsınız? Ayıbdır, böyük insanlarsınız. Gəlin, indi bu paylaşımın altında yazılan şərhlərə fikir verək. Öz ailəsinə hörmət edən yaxşı yazacaq, etməyənlər isə öz rəyləri ilə bilinəcək”. (Ölkə.az)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın