Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual /  SƏBAİLDƏ AŞKARLANAN BÜDCƏ YEYİNTİSİNƏ GÖRƏ MƏSULİYYƏT – ELDAR ƏZİZOV, YOXSA, ASİF ƏSKƏROV?

 SƏBAİLDƏ AŞKARLANAN BÜDCƏ YEYİNTİSİNƏ GÖRƏ MƏSULİYYƏT – ELDAR ƏZİZOV, YOXSA, ASİF ƏSKƏROV?

“Fəaliyyətində nöqsan olan icra başçıları işdən çıxarılmalıdır. Hesab edirəm ki, prezident bununla bağlı ciddi addımlar atacaq”

Bunu  açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Deputat Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində nöqsanların ortaya çıxdığını bildirib.

“Hesablama Palatasının apardığı yoxlamalarda korrupsiya halları aşkarlanır. Onlar arasında icra hakimiyyətləri də var. Mütəmadi olaraq palatanın hazırladığı materiallara baxış keçirilir və dövlət tərəfindən qərarlar verilir. Hesab edirəm ki, bu barədə müəyyən inzibati tədbirlərin görülməsinə ehtiyac var. İcra hakimiyyəti orqanında mənimsəmə, korrupsiya faktları varsa, həmin şəxs vəzifədən kənarlaşdırıla və məsuliyyətə cəlb olunmalıdır. Bu dövlət rəhbərinin mövqeyindən asılı olan məsələlərdir”,-deyə deputat vurğulayıb.

????????????????????????????????????

Qeyd edək ki, Hesablama Palatasının apardığı yoxlamalar zamanı bəzi icra hakimiyyətlərində ciddi nöqsanlar aşkar edilib. Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əmək haqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib. Söhbət Mingəçevir, Səbail və Xaçmaz rayonlarından gedir. Həmin rayonlara Niyazi Bayramov, Şəmsəddin Xanbabayev və Eldar Əzizov rəhbərlik edir.

Azinforum.az dövlət vəsaitinin təyinatı üzrə düzgün xərclənməməsi ilə bağlı sözügedən 3 rayon haqda maraqlı dəqiqləşdirmə aparıb. Məlum olub ki, Mingəcevir və Xaçmazın icra başçıları uzun müddətdir ki, tutduqları vəzifəni icra edirlər. Bu səbəbdən də, dövlət qurumun aşkarladığı ciddi nöqsanlara görə, onların özləri cavab verməli olacaqlar. Müəmma Səbaill rayonu ilə  bağlıdır. Çünki həmin rayonun icra başçısı ötən ilin sentyabr ayının 2-sində dəyişdirilib. Ölkə başçısının imzaladığı fərmana görə,  həmin tarixdə Eldar Əzizov Səbail rayonunun icra başçısı təyin edilib. Həmin dövrə kimi icra başçısı olan Asif Əskərov isə,  Bakının Nəsimi rayonuna  rəhbər  təyin olunub.  Maraqlıdır, aşkarlanan yeyinti ilə bağlı məsuliyyəti kim daşıyır – Eldar Əzizov, yoxsa, Asif Əskərov? 

eld

 

Hesablama Palatasının apardığı yoxlamalar ötən ili əhatə etdiyi üçün,  məntiqlə ortaya çıxan mənimsəmə faktına görə, Asif Əskərov daha çox məsuliyyət daşımalıdır. Çünki Eldar Əzizov həmin rayona ötən ilin son aylarında təyin olunub. Hər halda,  məsələyə daha  dəqiq qiyməti əlaqədar qurumlar verəcək.

Rövşən ƏLİ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın