Cümə , Aprel 26 2024
Ana səhifə / Röya: “Ailələri yoxdursa, mənim kimi fədakarlıq etməsinlər”

Röya: “Ailələri yoxdursa, mənim kimi fədakarlıq etməsinlər”

Müğənni Röya Ayxan şou-biznesdən gedə biləcəyini açıqlayıb.

Bu haqda sənətçi “Lider maqazin” proqramına açıqlamasında danışıb: “Çox aşiq olsam, sənətdən gedə bilərəm. Oğlum Hüseyn də istəsə, sənətdən uzaqlaşaram. Amma inanmıram ki, Hüseyn məndən belə bir şey istəsin. Çünki anasının sənəti var”.

İfaçı həmkarının özünü ona oxşatmasına da münasibət bildirib: “Mən buna sevinirəm. Xaraktercə, qadın olaraq mənə oxşasınlar. Amma sənət olaraq mənə oxşamırlar, hər kəsin öz yolu var. Hamısının yoluna hörmət bəsləyirəm, hamını izləyirəm. Kimlə isə kimisə oxşatmaq, başqasının haqqına girməkdir. Mən çox fədakarlıq etmişəm, onlar etməsin. Ailələri varsa, fədakarlıq etsinlər, yoxdursa, etməsinlər. Çətin dövrə gəlib çıxırıq”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın