Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rövnəq Abdullayev Türkiyədə aldığı şirkətə direktor təyin etdi

Rövnəq Abdullayev Türkiyədə aldığı şirkətə direktor təyin etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəçiliyinə keçdikdən sonra “Bursagaz”a yeni direktor təyin edilib.

Unikal.org xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayevin əmri ilə “Bursagaz”ın direktoru vəzifəsinə Bora Çermikli təsdiq edilib. 

Qeyd edək ki, Çərmikli Türkiyədə bir neçə məşhur şirkətin mailiyyə direktoru vəzifəsində çalışıb. O son olaraq Azərbaycan və Türkiyənin birlikdə ən böyük layihəsi olan “TANAP”ın mailiyyə direktoru vəzifəsində fəaliyyət göstərib.

Xatırladaq ki, “SOCAR Turkey”in İdarə Heyətinin sədri Vaqif Əliyev, şirkətin icraçı direktoru Zaur Qəhrəmanov rəhbərliyi ilə, 19 iyul tarixində “Bursagaz”ın İdarə Heyətinin ilk iclası keçirilib. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …