Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / RAUF ARİFOĞLU  “17 TON PUL”  İDDİASINA CAVAB VERDİ:  “… bu yazının ilk olaraq “Yeni Müsavat”da dәrc olunduğunu bilmәyiblәr”

RAUF ARİFOĞLU  “17 TON PUL”  İDDİASINA CAVAB VERDİ:  “… bu yazının ilk olaraq “Yeni Müsavat”da dәrc olunduğunu bilmәyiblәr”

Azinforum.az xəbər verir ki, bir neçə saat əvvəl, Eynulla Fətullayevin rəhbəri olduğu Virtualaz.org saytında “Eldar Mahmudovdan Ziya Məmmədova qarşı təxribat?” başlıqlı yazı dərc edilib. Həmin yazıda, bugünlərdə Ziya Məmmədova məxsus 17 ton ağırlığında pulun tutulmasına dair informasiyanın məqsədli şəkildə yayılmasına və həmin məlumatın Eldar Mahmudovun marağına uyğun olması ilə bağlı çox sərt iddia irəli sürülür. Virtualaz.org  saytı bu xüsusda yazır:

“Burada maraqlı bir detala diqqət etmək lazım gəlir. Bəzi KİV-lərdə 17 tonluq hansısa bir yükün xaricə çıxarılarkən tutulması barədə çox qəribə bir informasiya yayılmışdı.Həmin məlumatda deyilirdi ki, bu yük nağd puldan ibarət olub, həmin vəsaiti ölkədən çıxarmağa çalışan şəxs isə nazirlərdən biri imiş.

Çox qəribə və təzadlısı da budur ki, həmin informasiyada Eldar Mahmudovun adının əvəzinə tamamilə başqa bir ad – keçirdi nəqliyyat naziri Ziya Məmmədovun adı!

Şübhəsiz ki, 17 ton pul kütləsinin ölkədən çıxarılması barədə deyilənlər sadəcə sayıqlamadır. Çünki bu qədər pul əslində elə ölkənin büdcəsinə bərabər tutula bilər. Lakin burada söhbət başqa məsələdən – ictimai rəyi çaşdırmaqdan və diqqəti başqa səmtə yönəltmək cəhdindən gedir. Mahmudov dövürünün MTN-ində informasiya ilə belə primitiv manipulyasiya cəhdlərini çox görmüşük.

Burada ortaya başqa bir maraqlı sual da çıxır: bu informasiyanı KİV-ə kim ötürüb, bununla da iz azdırmağa çalışıb? Üstəlik, nəzərə alınmalıdır ki, bu informasiya Mahmudovun iqamətgahından brilyant dolu bankalar və pul dolusu qutular tapılan kimi dövriyyəyə buraxılıb.

Sovet vaxtı KQB-nin nəzdində şayiələrin yayılması üzrə xüsusi aparat var idi. Belə texnologiyalardan həmin aparat vasitəsilə sovet vaxtı uğurla istifadə olunurdu. Mahmudov dövrünün MTN-ində də bu üsula əl atıblar – bunu o qədər də peşəkarlıqla edə bilməsələr də…

Əvvəlki suala qayıdaq: ictimaiyyəti bu məsələdə aldatmaqda kim maraqlı ola bilərdi? Şübhəsiz ki, Eldar Mahmudov özü və onun adamları.

Görünən budur ki, “Ziya Məmmədovun 17 ton pulu” barədəki dezinformasiyanı onlar ortaya atıblar. Məqsəd ictimai rəyin maraq və diqqətini digər nazirin üstünə fokuslamaq, jurnalistləri və ictimai rəyi çaşdırmaq olub.

Lakin burada başqa bir sual da çıxır: MTN-dəki mahmudovçular fraksiyası (ona qısaca “MTNXSS” deyək) nəyə güvənirdi, nəyə arxayın idi? Axı xalqdan oğurlanan sərvətlər gec-tez mütləq üzə çıxır…

Məsələ həm də ondadır ki, ölkənin hüquq-mühafizə orqanları hələ də susur və Mahmudov-Çovdarov kriminal duetinin əməlləri barədə ətraflı məlumatlar vermir. İnformasiyanı istintaq orqanları ilə bu və ya digər dərəcədə bağlı olan etibarlı mənbələrin köməyi ilə zərrə-zərrə əldə etmək lazım gəlir.

Mahmudovun taleyi və gələcəyi isə hələ də sual altındadır. Sabiq nazir həbsə alınacaq, yoxsa elə bu vəziyyətdə də qalacaq – bu məsələ hələ həllini tapmayıb. Amma o, özünün artıq olmayan nüfuzunu qorumaq üçün dövriyyəyə yalan informasiya buraxmağı qərara aldı.

Nəhayət, sonda. Həmin yalan informasiya dövriyyəyə əvvəllər – Mahmudovun vaxtında MTN-lə sıx əməkdaşlıq etmiş KİV-lərin köməyi ilə buraxıldı. Bir sözlə, həmkarlarımız diqqətli olmalıdır. Mahmudovun şayiə yayma aparatı hələ yatmayıb…”

mu

 

 

Azinforum.az sözügedən yazı ilə bağlı apardığı araşdırma nəticəsində müəyyən edib ki, həmin məqalə bir çox saytlar vasitəsilə tirajlansa da, ilkin mənbə “Yeni Müsavat” olub. Bu səbəbdən də, səslənən ittihamla bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlundan münasibət öyrəndik.  Rauf Arifoğlu Azinforum.az-a açıqlamasında bildirdi ki, barəsində danışılan yazı bir çox KİV- lәrdә yayılıb :

“Çoxu da heç istinad etmәdi. Әminәm ki, Virtualaz.org-dakı dostlarım bu yazının ilk olaraq “Yeni Müsavat”da dәrc olunduğunu bilmәyiblәr dә. Göründüyü kimi, yazıda bizim adımız da yoxdur. Onlar bu yazını öz adları ilә tirajlayan vә gerçәkdәn dә MTN-in indi ifşa olunan rәhbәrliyinә bağlı saytlar üçün deyirlәr vә haqlıdırlar. Әmәkdaşlığa gәlincә. Çoxları bizi әn fәrqli vә müxtәlif dövlәt mәmurları ilә әlaqәlәndiriblәr. Әn çox da müxalifәt tәmsilçilәri. Bu sırada Eldar Mahmudovun adı heç zaman çәkilmәyib. Әminәm, bundan sonra da çәkilmәyәcәk”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Yeni Klinikada nə baş verir?

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada …

Bir cavab yazın