Şənbə , Aprel 27 2024
Ana səhifə / “Qızlarıma deyirəm ki, ərinizin bir dediyini iki etməyin”

“Qızlarıma deyirəm ki, ərinizin bir dediyini iki etməyin”

Müğənni Almaz Ələsgərli “Düzünü desək” verilişinin qonağı olub.

Qafqazinfo”nun məlumatına görə, müğənni ər-arvad münasibətlərindən danışıb:

“4 il evli olmuşam. Həyat yoldaşımdan cuzi məsələlərə görə ayrılmamışam, böyük söhbətlər olub. İndi də qızlarıma deyirəm ki, ərinizin bir dediyini iki etməyin. Biz nənə-babadan belə görmüşük. Hazırda subayam. Həyat yoldaşım olsaydı, başqa şəhərə, ölkəyə toya, konsertə getməzdim. Ərimi qoyub getməyə özüm də razı olmazdım. Nə qədər etibar, düzgünlük olsa da, qadın uzaqda olanda söz-söhbətlər yaranır. Normal həyat yoldaşım olsaydı, onun sözü ilə oturub durardım. Kişiyə hər şeyi yaraşdırıram. İndi isə ərim olmasını istəmirəm, bu haqda düşünmürəm. Özüm-özümə həm qadın, həm kişiyəm. Özüm qazanıb uşaqlarımı dolandırıram. Ona görə ərə getməyi düşünmürəm”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın