Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Qazaxlı valyuta alverçisini Rustavidə kim qətlə yetirib?

Qazaxlı valyuta alverçisini Rustavidə kim qətlə yetirib?

Mart ayının 22-də səhər saatlarında Gürcüstan Respublikasının Rustavi şəhərində əslən Qazax rayonundan olan Nəriman Mustafayev çoxsalyı bıçaq zərbələri ilə qətlə yetirilib.

Strateq.az-ın Gürcüstanda olan əməkdaşının yerli mənbələrdən əldə etdiyi məlumata görə, faktla bağlı Gürcüstan huquq-mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır: «Hüquq-mühafizə orqanları tam gücü ilə son bir ayda şəhərdə baş verən oxşar qətlin iştirakçılarını axtarır. Hələlik Nəriman Mustafayevi kim və ya kimlərin qətlə yetirməsi ilə bağlı saxlanılan olmayıb».

Məlumatda o da bildirilir ki, hüquq-mühafizə orqanları valyuta alveri ilə məşğul olan Qazax sakininin Gürcüstanla əlaqələrini də ətraflı araşdırır:  «Mərhum Azərbaycanla Gürcüstan sərhəddində əsasən manat-lari və digər valyutaların dəyişdirilməsi ilə məşğul olub. Onun topladığı sərhəddə nisbətən ucuz toplatdırdığı manatları isə Marneuli və Rustavi bazarlarında lariyə çevirməsi haqqında da məlumatlar var. Hazırda Nəriman Mustafayevin qətl günü və qətldən bir gün əvvəl kimlərlə əlaqə saxlaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. İstintaq qətlin Nərimanın üzərində olan külli miqdarda pul vəsaitinə görə törədilməsi ehtimalını da diqqətdən qaçırmayıb».

Onu da bildirək ki, Nəriman Musatafayevin nəşi hadisənin səhəri gün doğulduğu Qazax rayonuna aparılıb.

Sonda onu da qeyd edək ki,  son bir ay da Rustavidə ikinci belə oxşar hadisə baş verib. Belə ki, şəhərdə daha bir valyuta məntəqəsinə basqın edilərək, dəhşətli qətl törədilib.

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın