Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Qaxdakı vəziyyət Prezidentə məruzə olunub – İcra başçısının başı dərddə

Qaxdakı vəziyyət Prezidentə məruzə olunub – İcra başçısının başı dərddə

Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər. 7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın