Cümə , Aprel 26 2024
Ana səhifə / “Qarabağ”la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi

“Qarabağ”la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi

İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarının biletlərini bu gündən satışa çıxarıb.

Apasport.az xəbər verir ki, “canavarlar” “Qarabağ”la görüş üçün də biletlərin qiymətini açıqlayıblar.

“Roma”nın Azərbaycan çempionu ilə matçına ən ucuz bilet 30 (təxminən 61 manat), ən baha bilet isə 95 avroyadır (təxminən 194 manat). Müqayisə üçün qeyd edək ki, “Roma”nın “Atletiko” və “Çelsi” ilə oyunlarının biletləri 40-115 avro (təxminən 82-234 manat) dəyərindədir.

Qadınlara, 14 yaşdan aşağı uşaqlara və 65 yaşdan yuxarı şəxslərə biletlərin qiymətində güzəşt nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” dekabrın 5-də “Roma”nın qonağı olacaq.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın