Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “Qarabağ”ın legioneri: “Qurban Qurbanovdan çox şey öyrənmişəm”

“Qarabağ”ın legioneri: “Qurban Qurbanovdan çox şey öyrənmişəm”

“Qurban Qurbanov insan kimi çox yaxşıdır. Həmçinin mənim xoşuma gələn çox yaxşı iş üslubu var”.


“Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Kevin Medina “Planeta Futbol” nəşrinə açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə danışarkən deyib.


Kolumbiyalı müdafiəçi 48 yaşlı mütəxəssisdən çox şey öyrəndiyini bildirib: “Onun rəhbərliyi altında bir çox yeniliklərlə tanış olmuşam. Baş məşqçi futbolçulara çox inanır və bizə meydanda sərbəstlik verir. Bu isə oyunçuları sakitləşdirir”.


27 yaşlı oyunçu uzun illər çıxış etdiyi Portuqaliya çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edib: “Burada ispan üslubuna yaxın futbol oynanılır. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır”.


Gələcək karyerasından da söz açan Medina hələlik ölkəsinə qayıtmaq barədə düşünmədiyini söyləyib: “Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti məni daha çox cəlb edir”.

Qeyd edək ki, Kevin Medina “Qarabağ”a cari mövsümün əvvəlində Portuqaliyanın “Şaveş” klubundan keçib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …