Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Ola bilsin sabah, birisi gün və ya 3-4 gün sonra…”

“Ola bilsin sabah, birisi gün və ya 3-4 gün sonra…”

“Bu prosesi tez başa vurmaq, eyni zamanda mümkün qədər az itki vermək lazımdır. Çünki itirdiyimiz hər bir can bizim qanımız və canımızdır, onun yeri ödənə bilməz”.

Bunu Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Azpolitika-ya müsahibəsində deyib. Onun sözlərinə görə, müddət bir qədər yubansa da olar, mümkün qədər bizim itkilərimizin sayını azaltmaq vacibdir. “Açığı, mən hazırda hərbi əməliyyatlar baxımından kritik dövrün içində olduğumuzu düşünürəm. Yaşadığımız bu günlər olduqca əhəmiyyətlidir. Ola bilsin sabah, birisigün, və ya 3-4 gün sonra mənim nə dediyim anlaşılan olacaq…

Laçın, Kəlbəcər və Şuşa məsələsinin həll edilməsini, böyük ölçüdə işğalçı erməni qoşunlarının mühasirəyə düşməsini nəzərdə tuturam. Bu işdə Azərbaycan Ordusuna uğurlar arzulayıram.

Mənim fikrimcə, indi hərbi əməliyyatlarımız kritik və həlledici mərhələyə daxil olub. Müharibənin taleyinin həll edildiyi dövrdür. Əgər bizim ordumuz Laçın, Kəlbəcər və Şuşa problemini həll edərsə, müharibənin taleyi həll edilmiş olacaq. Azərbaycan Ordusu buna çox yaxındır. Allah ordumuzun yar və yardımçısı olsun”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …