Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Qarabağ” mitinqi tənqid olundu – “1 milyon qaçqını təhqir etməklə…”

“Qarabağ” mitinqi tənqid olundu – “1 milyon qaçqını təhqir etməklə…”

“Son dövrlərdə bir qrup insanın Dağlıq Qarabağ adı altında müxtəlif aksiyalar keçirirlər. Bu zaman da qaçqınları mitinqdə iştirak etmədiyinə görə mənəvi terrora məruz qoyurlar”.

“Qafqazinfo” xəbər verir ki,  bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, ümumiyyətlə, bu aksiyanı keçirən təşkilatlar xalq tərəfindən dəstəklənmir: “Bunlar da bunu görmədiyinə görə,  Azərbaycanın əsas problem ilə bağlı məsələni ortaya ataraq xalq arasında çaşqınlıq yaratmağa cəhd edirlər. Ölkə prezidenti bütün danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü əsas şərt kimi qoyur. Bütün görüşlərdə Azərbaycanın işğal olunmuş torpaqları barədə, Xocalı soyqırımında vətəndaşlarımıza edilən zülmdən danışır. İstər Bakıda keçirilən forumlarda, istərsə  rayon görüşlərində əhaliyə hesabat verir. Xalq səlahiyyət verib ki, bu hüquq prezidentə məxsusdur.

İndi bu mitinq keçirən belə arqument səsləndirir ki, mitinq keçirməliyik ki, xarici təşkilatlar görsün ki ona təzyiq  var. Bu nə düşüncənin, təfəkkürün məhsuludur?!  Burada nə təzyiqdən söhbət gedə bilər? Qarabağ bütün azərbaycanlılarındır. Kimlərsə bundan sui-istifadə edir. Ən acınacaqlı məsələ ondan ibarətdir ki, 1 milyondan artıq məcburi köçkünə müxtəlif mənəvi terror edirlər. Deyirlər ki, siz niyə mitinqə gəlmirsiz? Qarabağ müharibəsində hər bir azərbaycanlı döyüşüb. Burada mənim, sənin məsələsi yoxdur.  Onlar 1 milyon qaçqını təhqir etməklə nəyə xidmət edirlər?  Onları mənəvi terrorla qarşı-qarşıya qoymaq düzgün deyil. Heç kimə bu hüquq verilməyib”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …