Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Fazil Mustafa: “Kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə…”

Fazil Mustafa: “Kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə…”

“Qəbristanlıq yerlərinin satılması, yaxud o yerlərin kiməsə verilməsi halında başqa qurumlar bu vəsaiti götürürlər. Amma qorunma, saxlanma bələdiyyənin üzərinə qoyulur”.

Deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdə“Bələdiyyələrin maliyyəsinin əsasları” layihəsinə dəyişikliklərin müzakirəsi zamanı söylədi. O bidlirdi ki, əslində bu məsələlər bələdiyyələrə verilməlidir: “İmkan yaradılmalıdır ki, torpağı da onlar versin, yeri də onlar ayırsın. Bələdiyyələr öz ərazisində bir sıra funksiyaları həyata keçirmək imkanı verilməlidir”.

Deputat digər problemlərə də diqqət çəkdi: “Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib? Bələdiyyələr də öz ərazilərində bu kimi hallara qarşı mübarizə aparmalıdır. Biz bələdiyyələrin statusunun artırılması istiqamətində addımlar atmalıyıq”.

F.Mustafa dedi ki, faktiki olaraq bələdiyyələr fəaliyyətsiz quruma çevrilib: “Normal büdcəsi olan bələdiyyəmiz yoxdur”.

Deputat Siyavuş Novruzov isə bələdiyyələrin fəaliyyətsiz quruma çevrilməsi ilə bağlı fikirləri qəbul etmədi. Deputat dedi ki, yeni yaradılmış qurum üçün yetərincə maliyyə imkanları tapmaq mümkündür.

Deputat İlham Əliyev isə dedi ki, kənd bələdiyyələrinin doğrudan da maliyyəsi yoxdur: “Maliyyə olmadığı halda indi onları yükləmək düzgün deyil”.

Qanun layihəsində bələdiyyələrin imkansız ailələrin yas mərasimlərini təşkil etməklə bağlı müddəanın olmasını düzgün saymayan deputat bildirdi ki, dəfn xərclərini layihədə saxlamaq olar: “Amma yas mərasimlərini təşkil etmək əlavə xərclər təşkil edir”.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …