Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / QƏZAYA UĞRAYAN HƏRBİ TƏYYARƏ TAPILDI – Pilotun axtarışı davam edir

QƏZAYA UĞRAYAN HƏRBİ TƏYYARƏ TAPILDI – Pilotun axtarışı davam edir

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “Miq-29″ təyyarəsi tapılıb.

Azinforum.az xəbər verir ki, bunu açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …