Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / “MƏNİ BAĞIŞLAYIN, DANIŞA BİLMİRƏM…”-İtkin düşən pilotun həyat yoldaşı

“MƏNİ BAĞIŞLAYIN, DANIŞA BİLMİRƏM…”-İtkin düşən pilotun həyat yoldaşı

“Çox vətənpərvərdi. Sənətini, işini çox sevir… Nə baş verdiyini hələ də anlaya bilmirəm…Məni bağışlayın, danışa bilmirəm…”
Bu sözləri News24.az-a açıqlamasında dünən gecə saatlarında Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəzaya düşən pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva deyib.

Göz yaşlarına boğulan və sözünün davamını gətirə bilməyən hərbçi xanımı həyat yoldaşının sağ-salamat qayıdacağına ümid etdiyini bilirib.

Qəzaya uğrayan hərbçinin qayınatası sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hadisənin təfərrüatları haqda bunları deyib: “Axtarışlar ciddi şəkildə davam etdirilir. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, hətta əhali belə axtarışlara cəlb olunub. Biz də ümidlə yaxşı xəbər gözləyirik. Bizə də hadisənin necə baş verməsi haqda ətraflı heç nə demirlər”.

Q.Hüseynli kürəkəninin peşəkar hərbçi oluğunu da qeyd edib: “Rəşadın 34 yaşı var. Heydər Əliyev adına Hərbı Akademiyanın məzunudur. Yüksək səviyyəli pilotdur. Yaxşı hərbi təlim keçmişdi. Hərbi hissə komandirinin müaviniliyinə qədər yüksəlib . Türkiyədə keçirilən təlimlərdə olub. TÜRKAP hərbi təlimlərinin hamısında iştirak edib. Hərbi hissədə də hamının yanında hörmət qazandığını görürəm. Hamısı peşəkarlığından danışırlar”.

Q.Hüseynli bildirib ki, R.Atakişiyev gecə təlimində yalnız olmayıb: “Onunla yanaşı daha iki təyyarə havaya qalxıb. Amma adətən “Miq-29”lar tək adamlıq oluğundan təyyarədə yalnız olub. Komandiri də onunla eyni vaxtda təlimdə iştirak edib. Gecə döyüş hazırlığı təlimində düşmən təyyarəsinə hücumun variantlarını sınaqdan keçiriblər. Digər iki təyyarə yerə enib. Amma Rəşadın olduğu təyyarə radardan itib”.

Qabil Hüseynli də pilotun tapılaçağına ümid etdiyini bildirib: “Ümidimiz Allahadır. Səbirlə axtarışların sonunu gözləyirik”

Qeyd edək ki, Rəşad Atakişiyevin iki oğlu var.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …