Bir neçə gün bundan öncə paytaxtın 9-cu mikrorayon ərazisində
“Zeytunluq” deyilən məkandakı “Göygöl” restoranının inşası zamanı xeyli
sayda ağacın məhv edildiyindən bəhs etmişdik. Bu günlərdə
cumhuriyyet.az-a məlum olayla bağlı yeni informasiyalar daxil olub.
Məlumatda restoran və onun inşası ilə bağlı maraqlı nüasnlar mövcuddur.
“Radarlardan itən” sabiq bələdiyyə sədri yenidən gündəmdə
Redaksiyamıza
yeni daxil olan məlumata görə, “Göygöl” restoranının sahibi Aqil adlı
şəxs restoranın inşası üçün gərəkli olan ərazini Binəqədi rayonunun
sabiq bələdiyyə sədri Fəzail Babayevdən alıb. Məlumat üçün qeyd edək ki,
uzun müddət Binəqədi rayonunda bələdiyyə sədri işləyən F.Babayevin adı
uzun illər ölkə mediasında müxtəlif qaranlıq məsələlər və qalmaqallarla
hallanıb. Sabiq bələdiyyə sədrinin paytaxt ərazisində çoxsaylı mülklərə
malik olması, bələdiyyə sərəncamında olan torpaqların aqibəti ilə bağlı
istədiyi kimi sərəncam verməsi də medianın daim diqqət mərkəzində
saxladığı məsələlrdən olub.
F.Babayevi
media üçün əhəmiyyətli edən digər bir amil isə onun sabiq MTN generalı
Akif Çovdarovla qohumluq əlaqələrinə malik olması olub. Sabiq bələdiyyə
sədrinin vaxtiylə məhz bu faktordan istifadə edərək özünə “gün ağladığı”
da mətbuatın zaman-zaman gündəmə gətirdiyi məsələlərdən biridir.
“Göygöl”
restoranının inşası üçün gərəkli olan ərazinin məhz F.Babayevin
“xeyir-duası” ilə gələcək sahibinə verilməsi ilə bağlı səsləndirilən
fikirlər isə yəqin ki, sabiq bələdiyyə sədrinin xidməti bioqrafiyasını
bir qədər də zənginləşdirəcək və onu z kateqoriyasından olan şəxslər
üçün daha “əlçatmaz” edəcək.
Qanunsuz inşaata icazə verən Xaləddin isgəndərovun hansı kadrı olub?
Məsələ
ilə bağlı cumhuriyyet.az-a daxil olan mlumatda qeyd olunur ki, “Göygöl”
restoranının inşası üşün gərəkli ərazi F.Babayevdən alınsa da, ərazidə
inşaat işlərinin aparılması üçün ehtiyac duyulan razılığı Binəqədi Rayon
İcra Hakimiyyətinin sabqi başçısı Xaləddin İsgəndərovun kadrlarından
biri verib. Daha dəqiq desək, icra başçısının müavini İlqar Süleymanov
“Zeytunluq” ərazisində belə bir restoranın inşaasında problem
görmədiyini vurğulayıb. Məhz onun razılığından sonra ərazidə inşaat
işlərinə start verilib ki, bu da ağacların məhvi hesabına nəhəng ictimai
iaşə obyektinin meydana çıxmasına səbəb olub. Başqa sözlə desək,
F.Babayevin başlatdığı proses məhz İ.Süleymanovun “zəhməti” sayəsində
başa çatıb.
Onu
da qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin indiki rəhbərliyi
rayon ərazisindəki qanunsuz tikililərə qarşı ciddi mübarizə aparmaqla
yanaşı, yaşıllıqların qorunması istiqamətində də mühüm addımlar atır.
Məhz hazırkı icra başçısının öz işinə hədsiz məsuliyyətlə yanaşmasının
nəticəsidir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin nüfuzu xalq arasında
əhəmiyyətli dərəcədə artmaqda, həyata keçirilən yeniliklər xalq
tərəfindən təqdir edilməkdədir.
Memarlıq və Şəhərsalma Baş İdarəsi hərəkətə keçdi: Qəfil söküntünün “altında” kimlər qalacaq?
“Göygöl”
restoranı ilə bağlı bilgi verən mənbənin sözlərinə görə, bir müddət
bundan öncə əraziyə baxış keçirən zaman “Göygöl” restoranının ərazisinə
məxsus hasar və yardımçı təsərrüfatın bir hissəsini sökən BŞİH-nin
Memarlıq və Şəhərsalma Baş İdarəsi, bununla onlarla ağacı məhv olmaqdan
xilas edib. Lakin BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu
addımı nə qədər təqdirəlayiq olsa da, bu, “Göygöl” restoranı ilə bağlı
məsələnin yekunu sayıla bilməz. Çünki ortada onlarla ağacın məhv
edilməsi, qanunsuz tikintinin həyata keçirilməsi və s. kimi məqamlar
mövcuddur ki, bu qanunsuzluğa yol verən, ona şərait yaradan, göz yuman,
onun icraçısı və ya sifarişçisinə çevrilən hər kəsin məsuliyyətə cəlb
edilməsi zəruridir.
Çox
güman ki, yaxın gələcəkdə əlaqədar qurumlar məsələyə ciddi reaksiya
verəcək və bu gün özünü toxunulmaz hesab edən çox insan BŞİH-nin
Memarlıq və Şəhərsalma Baş İdarəsinin həyata keçirdiyi bu sökünütünün
“altında qalacaqdır”.
Ana səhifə / Sosial / Məşhur restoranda “şumlama əməliyyatı”: – Qurdlar süfrəsindəki bölgüdə kimlərin adı var?
Həmçinin oxuyun
Yusif Qədimbəyli cərimələnir
Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …