Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Putinin 70 illiyinə az qaldı…-Zelenski ona hansı möhtəşəm “hədiyyə” hazırlayır?..

Putinin 70 illiyinə az qaldı…-Zelenski ona hansı möhtəşəm “hədiyyə” hazırlayır?..

“Rusiya prezidenti Vladimir Putin ölümcül yaşda deyil, lakin onun qaçılmaz çarəsizliyi narahatlıq doğurur”. 

Moderator.az xəbər verir ki, bunu “GORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı hüquqşünas, bloqçu Mark Feyqin söyləyib. “Demək olar ki, bir neçə gündən sonra Putinin 70 yaşı tamam olacaq(7 oktyabrda- S.L.). Bu, bir növ ölümcül yaş kimi deyil… Qərbdə isə bu, ümumiyyətlə, siyasətçi üçün tamamilə zərbəçi bir yaşdır, heç bir problem yoxdur. Nəyə görə? Çünki sənin üzərindən Domokl qılıncı asılmayıb. Müddət bitdi – vəssalam. Bitdi – vəssalam. Amma bu yoldaşın(Putinin- S.L.) qarşısında “getmək olmaz qalmaq” dilemması dayanır. Vergülü hansı sözdən sonra qoymaq lazımdır?  Ona nə qədər vaxt verilib?” -deyə bloqçu sual edib. Feyqin hesab edir ki, Putini gələcək qorxudur. “Bəs birdən alınmadı? Və onda mən oyundan kənar olacağam”- deyə Putin düşünür.  Bu isə qaçılmazdır. Rusiyada həmişə belə olub. Sən ya sonda həbs olunaraq güllələnmiş keçmiş “NKVD”  rəhbəri Lavrenti  Beriyasan, ya da bütün dövlət vəzifələrindən uzaqlaşdırılmış Sov.İKP-nin keçmiş birinci katibi Nikita Xruşşovsan”, – deyə  Feyqin vurğulayıb. Batsman Putinin yubileyi üçün hər hansı simvolik hədiyyə ala biləcəyini də soruşub. “Mənim buna heç bir şübhəm yoxdur. Luqansk vilayətini Lisiçansk və Severodonetsk şəhərlərinin Ukrayna hərbçiləri tərəfindən azad  edilməsi Putin üçün möhtəşəm bir hədiyyə olacaq… Heç bilmirəm. Bəlkə də o gün, onun sonuncu potensiyası  yox olacaq, külə dönəcək”-deyə  Rusiyalı bloqçu cavab verib. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …