Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Planşeti yedi və öldü

Planşeti yedi və öldü

Sözügedən şəxs polisin müraciətinə məhəl qoymayıb və müqavimət göstərməyə başlayıb

Rusiyada planşetini yeməyə cəhd edən şəxs ölüb.
ANS PRESS-in məlumatına görə, hadisə Sankt-Peterburqda baş verib. Polisə məlumat verilib ki, naməlum şəxs mənzilin eyvanından aşağı əşyalar tullayıb. Həmin şəxs polisin müraciətinə məhəl qoymayıb və müqavimət göstərməyə başlayıb.
Ruhi xəstə olduğu ehtimal edilən adam polis tərəfindən saxlanılıb. Bundan sonra o planşetin sınmış şüşəsini və qurğunun plastik hissələrini yeməyə qərar verib.
Qeyri-adi hərəkətlərlə insanları çaş-baş salan şəxs polisin müdaxiləsinə baxmayaraq planşetin şüşələrinin hamısını yeyib.
Polis əməkdaşı təcili yardım çağırsa da, planşetin hissələrini yemiş kişini xilas etmək mümkün olmayıb. Özündən gedən kişi həkimlər gəlməmiş hadisə yerində ölüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın